RU

Komitə sədri: Azərbaycanda güclü dövlət və iqtisadiyyat siyasəti həyata keçirilir

BAKI, 22 oktyabr. TELEQRAF

"Suverenliyin və dövlət müstəqilliyinin reallığa çevrilməsi üçün ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılıb".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusuna həsr edilən konfransda deyib.

Komitə sədri ölkənin istisadi müstəqilliyinin təminatının vacibliyini də önə çəkib: “Azərbaycan iqtisadi müstəqillik sahəsində özünün uğur hekayəsini yazıb. Ölkənin milli maraqlarına cavab verən hədəflər nəzərə alınır. Milli iqtisadiyyat milli maraqlara uyğun qurulmalıdır. Azərbaycan məhz bu gün özünün milli iqtisadiyyatını qurub”.

Azər Əmiraslanov hesab edir ki, iqtisadi müstəqillik xarici siyasətdə də mühüm amildir: “Bəzən iddia edilir ki, mütləq iqtisadi müstəqillik olmur. Çünki dünyada ixtisaslaşma və müqayisəli üstünlüklər var. İqtisadiyyatın qanunauyğunluqları iqtisadi müstəqilliyin formal mahiyyət kəsb etdiyini sübut edib. Amma iqtisadi asılılığın minimuma endirilməsi Azərbaycanda hər zaman dövlət siyasətinin ən mühüm prinsiplərindən biri olub. Bu mənada dövlət suverenliyi ilə iqtisadi müstəqillik arasında sıx bağlılıq var. İqtisadiyyat olmadan real dövlət suverenliyinin olması mümkün deyil”.

Избранный
48
teleqraf.com

1Источники