Mingəçevirdə şagirdin əli sinifdə oturduğu stulun şurupuna girib.
"Unikal"ın məlumatına görə,hadisə səhər saatlarında dərs başlayan zaman 7 saylı orta məktəbdə baş verib. Belə ki, 2013-cü il təvəllüdlü Bayramov Rza Əziz oğlununsol əl barmağı ehtiyatsızlıq nəticəsindəəyləşdiyi stulun şurupuna girib. Barmağı stula bitişik şagird stulla birgə təcili xəstəxanaya çatdırılıb.
Əməliyyata alınan şagirdin barmağına batan dəmir parçası çıxarılıb.