RU

Rənglərin Qardaşlığı Daşkənddə Birləşdi – Ulusum.az Sənətin Diplomatiyasını Yaradır

Rənglərin

Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan rəssamlarının əsərləri bir sərgidə görüşdü – sülh, mədəniyyət və yaradıcılığın rəsmlə danışan dili21 oktyabr 2025-ci il tarixində Daşkəndin mərkəzində yerləşən Özbəkistan Fotoqraflar İttifaqının sərgi salonu sənətin, dostluğun və qardaşlığın rəsmini çəkdi. “Rənglərin Qardaşlığı” adlı beynəlxalq sərgi Azərbaycanın tanınmış rəssamı və kuratoru, “Metin-X” reklam şirkətinin rəhbəri, UASB-nin Azərbaycan üzrə təmsilçisi və Rəsim Komitəsinin başqanı Nəvai İbrahimovun təşəbbüsü və Ulusum.az media platformasının informasiya dəstəyi ilə gerçəkləşdi.Sərgidə Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın plener əsərləri bir araya gəldi. Hər fırça zərbəsi, hər rəng keçidi bu xalqların ortaq ruhunu, mədəni irsini və gələcəyə olan ümidi əks etdirdi. “Dünyanı Sənət Qurtaracaq” devizi sərginin sadəcə şüarı deyil, onun ruhu oldu.Tədbirdə həm tanınmış ustadlar, həm də gənc istedadlar iştirak etdi. Sənətkarlar arasında fikir mübadiləsi, yeni yaradıcılıq planları və regionlararası əməkdaşlığa dair ümidverici addımlar müzakirə olundu. Bu sərgi, Ulusum.az-ın mədəni diplomatiyada fəal rol oynamasının növbəti nümunəsinə çevrildi.RənglərinSənətin sərhədsiz gücünü bir daha sübut edən “Rənglərin Qardaşlığı” sərgisi, Daşkəndin mədəni təqviminə parlaq bir imza atdı.R.Daşdəmirova

Diqqət Çəkənlər

Göz problemləri vaxtında aşkarlanmasa, gec ola bilər - Göz Sağlamlığı Gecikməni Bağışlamır

Rənglərin Qardaşlığı Daşkənddə Birləşdi – Ulusum.az Sənətin Diplomatiyasını Yaradır

BDU-da “Peşəkar Gələcəyə Doğru Körpü” Karyera Sərgisi Keçirildi

Избранный
30
ulusum.az

1Источники