Azərbaycan-Ermənistan sülh prosesində atılan son müsbət addımlar, o cümlədən Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib.
Qrono bildirib ki, Avropa İttifaqı bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bütün bu cür təşəbbüsləri və əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır:
“Cenevrədə 🇦zərbaycan və Ermənistan spikerlər arasında dünənki görüş və İrəvanda Ermənistan və 🇦zərbaycan vətəndaş cəmiyyəti ekspertlərinin planlaşdırılan dəyirmi masa müzakirələri ruhlandırdı”.
“Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması ilə bağlı növbəti Ermənistan- Türkiyə görüşünə elan edilmiş hazırlığı eyni dərəcədə alqışlayırıq”, - Aİ rəsmisi qeyd edib.