RU

"Xankəndi" əsrin rekordunu təkrarladı

Azərbaycanın İkinci Liqasının 6-cı turunda "Araz Saatlı"nı 14:0 hesabı ilə məğlub edən "Xankəndi" klubu "Şəfa"nın 22 il əvvəl imza atdığı 21-ci əsrin rekordunu təkrarlayıb.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qələbə olub. 2008-ci ildən Premyer Liqa, Birinci Liqa, İkinci Liqa, Əvəzedicilər Liqası, ölkə kuboku və Superkubokunda 14 top fərqi ilə qalib gələn olmamışdı.

"Xankəndi"nin "Araz Saatlı" üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (İkinci Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.

Yalnız bir dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/1994 mövsümündə Birinci dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi "Metallurq" "Göytəpə"ni 15:0 hesabı ilə məğlub edib.

Избранный
100
26
publika.az

10Источники