RU

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Türkiyə və Britaniyaya göndəriləcək

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin bölmələrinin digər dövlətlərə göndərilməsi ilə bağlı qanunu imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Radası məlumat yayıb.

Bu qanun, Ukraynanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə qəbul edilib.

Qanun Türkiyədə inşaa edilmiş və hazırda son tamamlama işləri yekunlaşdırılan Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Getman İvan Mazepa" korvetinin heyəti olacaq 106 nəfər hərbiçini həmin ölkəyə göndərməyə imkan verəcək.

Bununla yanaşı, 195 hərbiçi Böyük Britaniyada Ukrayna üçün inşaa edilən 5 mina əlehinə hərbi gəmilərin heyəti kimi həmin ölkəyə yola salınacaq.

Beləliklər, qanunun tətbiqi, həmçinin tərəfdaş ölkələrdən hərbi texnikanın alınması prosesinin təkmilləşməsinə, müvafiq bölmələrin şəxsi heyətlə və alınan texnika ilə komplektləşdirilməsinə, həmçinin bu texnikanın mənimsənilməsi və istifadəyə hazırlanması üçün tələb olunan uzunmüddətli hazırlıq dövrlərinə dəstək göstərəcək.

Избранный
27
2
apa.az

4Источники