RU

Xarkovda uşaq baxçası dron hücumuna məruz qalıb, 4 nəfər yaralanıb

Xarkovun Xolodnogorsk rayonuna PUA-ların zərbəsi nəticəsində 4 nəfər xəsarət alıb, onlardan ən azı ikisinin vəziyyəti ağırdır.

APA xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Məlumata görə, hücum zamanı həmçinin uşaq bağçasında yanğın başlayıb və uşaqların təxliyəsi davam edir.

Xarkov meri İqor Terehov da özünün “Telegram” kanalında açıqlama verərək, hücumun Xolodnogorsk rayonundakı özəl uşaq bağçasına da edildiyini bildirib. Daha sonra o, bütün uşaqların bağçadan təhlükəsiz şəkildə çıxarıldığını və yanğının hələ də davam etdiyini qeyd edib. Merin sözlərinə görə, yaralananlardan biri huşsuz vəziyyətdə reanimasiya şöbəsindədir.

Избранный
96
4
apa.az

2Источники