RU

Dağ velosipedi üzrə ölkə çempionatına yekun vurulub

2025-ci il üçün təsdiq edilmiş idman təqvim planına əsasən keçirilən dağ velosipedi üzrə ölkə çempionatına yekun vurulub. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın ikinci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda “Enduro” növündə qüvvələrini sınayıblar.

U15 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri Ayaz İsgəndərli və Toğrul Məmmədli müvafiq olaraq 1-ci və 2-ci yerləri tutublar. Kənan Eyvazov (həvəskar) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Gənclər, U23, Elit yaş kateqoriyasında Emin Süleymanov (həvəskar) ölkə çempionu olub. Mirmövsüm Cəbrayılov (həvəskar) gümüş, Nihad İmanzadə (ROEQİUGVM) isə bürünc medal qazanıb.

Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

“Qarabağ” azarkeşlərinə müraciət edib

Dioqo Balau: “Bəzi Azərbaycan klubları II və III liqa səviyyəsindədir”

İnqilab Məmmədov Əvəzedicilər Liqasına göndərildi

Kevin Medina: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq”

Qurban Qurbanov: “Böyük klubların bizə ciddi yanaşması sevindirici haldır”

Избранный
100
7
apasport.az

8Источники