"Yaşıl enerji sahəsində də layihələr var, onlar üzərində intensiv işlər davam etdirilir”.
APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat tranzit məsələləri əsas müzakirə mövzusuudr: “Ukrayna-Rusiya müharibəsi bunu daha da aktivləşdirib. Biz nəqliyyat, kommunikasiya və Orta dəhliz barəsində danışarkən yeni potensial layihə barədə danışdıq. Vaşinqton sammitindən sonra razılaşdırılmış TRİPP layihəsinin reallaşması daha geniş formatda Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizin yeni hissəsi ola bilər. Bu da 15 milyon ton yük üçün yeni marşrut yarada bilər. Bu da Avropa, Mərkəzi Asiya, Asiyada olan ölkələr üçün yeni faydalar vəd edir”.