BAKI, 22 oktyabr. TELEQRAF
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyədək infrastruktur, enerji və təhsil layihələrinin maliyyələşdirilməsinə təxminən 12 milyard dollar maliyyə vəsaiti qoyub.
Teleqraf xəbər verir ki, bunu ARDNF-in İcraçı direktorunun müavini Bəhruz Bəhramov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında deyib.
O qeyd edib ki, Fond bir çox bir çox strateji əhəmiyyətli sosial infrastruktur, enerji və təhsil layihələrin maliyyələşdirilməsini həyata keçirib:
“Bu layihələrin ümumi həcmi təxminən 12 milyard dollar olub. Bu fəaliyyət istiqamətləri nəticəsində ARDNF qeyri-neft sektorunun inkişafında və maliyyə suverenliyinin möhkəmləndirməsində əhəmiyyətli rol oynayıb. Bütün bunlarla yanaşı, Fond qlobal miqyasda səmərəli idarəetmə aparan peşəkar investor kimi formalaşıb. Onun investisiya portfeli 60-dan çox ölkəni və minllərlə investisiyalarda payı olan vəsaitləri əhatə edir. Hazırda fondun vəsaitləri, demək olar, bütün mümkün müxtəlif aktiv siniflərinə - istiqrazlara, səhmlərə, daşınmaz əmlaka, qızıla və alternativ investisiyalara balanslı şəkildə yönəldilib”.