RU

​“270 milyon dollarla fəaliyyətə başlamışdı, indi aktivlər 70 milyardı keçib”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bu gün Dövlət Neft Fondunun vəsaitləri ÜDM-in 90%-ni, xarici dövlət borcunun isə 13 qatını üstələyir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Bəhruz Bəhrəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda bu gün keçirilən elmi-praktik  konfransında bildirib. 

“Son 10 ildə Dövlət Neft Fondunun investisiya gəlirləri 15 milyard dolları ötüb. 270 milyon dollarla fəaliyyətə başlayan Dövlət Neft Fondunun aktivləri bu gün 70 milyard dolları keçib”, - deyə Bəhruz Bəhrəmov qeyd edib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
98
1
qafqazinfo.az

10Источники