BAKI, 22 oktyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio oktyabrın 23-də iki günlük rəsmi səfərlə İsrailə gələcək.
Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi Qəzzada vəziyyətin tənzimlənməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın planının həyata keçirilməsinə dəstək verməkdir.