Bu gün günorta (13:26, 13:37) saatlarında Bakı Metropolitenində hərəkətdə gecikmələr və istiqamət dəyişiklikləri müşahidə olunub.
Musavat.com əməkdaşının verdiyi məlumata görə, “İçərişəhər” istiqamətinə getməli olan qatarlar bir müddət “Nizami” stansiyasına yönləndirilib. Bu səbəbdən metrostansiyalarda sıxlıq yaranıb və insanlar nə baş verdiyini dəqiqləşdirməyə çalışıblar.
“28 May” metrostansiyasında da hərəkətdə fasilələr yaşanıb. Qatar bir neçə dəqiqə gecikmə ilə hərəkət edib və bəzi məqamlarda dayanmağa məcbur qalıb.
Qeyd edək ki, metroda sıxlıq olduğundan sərnişinlər havasızlıqdan şikayətləniblər.
Mövzu ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxlanılıb. Rəsmi cavab təqdim olunduğu təqdirdə yayımlanacaq.
Afaq Mirayiq,
Musavat.com