RU

"Çanaqqale Zəfəri Türk dünyasının ortaq qürurudur"- Gökhan Seyhan

"Çanaqqale, Türk millətinin müstəqillik inamının, cəsarətinin və fədakarlığının dastanıdır."

News365.az-ın xəbərinə görə, bunu Çanaqqale Döyüşlərinin 110-cu ildönümü münasibətilə Bakıda keçirilən "Cepheden Karelerle Çanaqqale Döyüşləri" mövzusunda tədbirdə Bakü Yunus Emre İnstitutunun müdiri Gökhan Seyhan bildirib.

Seyhan vurğulayıb ki, Çanaqqale Zəfəri yalnız Türkiyənin deyil, bütün Türk dünyasının ortaq qürur mənbəyidir.

"Bu tarixi mübarizədə Türk dünyasının dörd bir yanından gələn qəhrəmanlar çiyin-çiyinə döyüşdülər. Eyni inam uğrunda can verdilər. Sərgi yalnız tarixdən danışmır, eyni zamanda Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığının güclü bir əksidir."

Избранный
23
news365.az

1Источники