RU

Nazir insan kapitalının inkişafı və peşə təhsilinin gücləndirilməsindən danışıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətininmərkəzində məhz insan kapitalının inkişafı, sosial müdafiəningücləndirilməsi və əmək münasibətlərinin təkmilləşdirilməsidayanır.

Trend xəbərverir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev“PeşəFest”in yekun tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, mövcud işçi qüvvəsinin rəqabət qabiliyyətininartırılması, əmək məhsuldarlığının yüksəldilməsi və milli insanresurslarının beynəlxalq əmək bazarına inteqrasiyası bu istiqamətdəəsas hədəflərdəndir:

"Bu məqsədlə səriştə əsaslı yanaşma tətbiq olunaraqiqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 1500-dən çox peşə vəkvalifikasiya standartı hazırlanmış və işəgötürənlərin istifadəsinətəqdim edilmişdir.
Hazırda Azərbaycan gəncləri üçün əsas çağırış - ixtisas seçiminiyalnız bu günün deyil, həm də gələcəyin əmək bazarının tələblərinəuyğun şəkildə aparmaqdır. Bunun üçün peşəyönümlü təhsilingücləndirilməsi, praktik təlimlərin genişləndirilməsi və gənclərintexnoloji yeniliklərə açıq olması mühüm əhəmiyyət kəsb edir.
Aparılan təhlillər göstərir ki, müasir dövrdə işəgötürənlər texnikibiliklərlə yanaşı, yumşaq bacarıqlara - ünsiyyət, komanda işi,məsuliyyətlilik kimi keyfiyyətlərə də yüksək dəyər verirlər. Dünyaİqtisadi Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək işçiqüvvəsinin 44%-nin əsas bacarıqlarında dəyişiklik baş verəcək ki,bu dəyişikliklər sırasında yumşaq və texnoloji bacarıqlar ön sıradadayanır.

Eyni zamanda, əmək bazarının yeni çağırışlarına cavab olaraqişçilərin müasir trendlərə uyğun yaşıl bacarıqlarla təmin olunmasıdövlətin məşğulluq siyasətinin mühüm istiqamətlərindən birinəçevrilmişdir".

Избранный
62
2
az.trend.az

3Источники