RU

Bakıda güclü yanğın - Ölən var

Suraxanıda yaşayış binasında yanğın olub, bir nəfər yanaraq ölüb.

"Bakuinfo" xəbər verir ki, bu baradə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (APA)

Избранный
56
24
bakuinfo.net

10Источники