RU

HƏSSAS GÖRÜNTÜLƏR: Ana küçədə doğduğu körpəni atıb QAÇDI – VİDEO

Çində qadın küçədə uşaq doğub və oradaca onu tərk edib.

İnterpress.az xəbər verir ki,Çində dəhşətli hadisə baş verib. Qadın körpəsini küçədə dünyaya gətirdikdən sonra onu tənha halda qoyaraq hadisə yerindən qaçıb.

Məlumata görə, yeni doğulmuş oğlan uşağı qan içində yağış suyu kanalının üzərində tapılıb. Hadisə şahidləri dərhal təcili tibbi yardıma xəbər veriblər.

Körpə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas etmək üçün mübarizə aparır.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb və uşağı küçədə qoyub qaçan qadının şəxsiyyətinin müəyyənləşdirildiyini bildirib.

Onu ağır həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
61
interpress.az

1Источники