RU

"Sahibə Qafarova mənə dedi ki, bu mümkün deyil" - Simonyan

"Sahibə Qafarova ilə söhbətimiz oldu, məsələn, hərbi təcavüz haqqında danışdıq. Kimlərsə deyir ki, belə bir şey ola bilər, o mənə dedi ki, bu mümkün deyil, bu qədər addım atmışıq".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Onun sözlərinə görə, tərəflər görüşdə çox işlər gördüklərini bildiriblər: "Öz üzərimizə beynəlxalq öhdəliklər götürmüşük. 

Belə bir fikir var ki, parlamentlər cəmiyyətləri hazırlamaq, onları bir-birinə daha da yaxınlaşdırmaq, sülh reallığında yaşamaq, bir-birinə doğru addımlar atmaq məntiqini öz üzərinə götürməlidir. Çox müsbət, isti görüş oldu.

Görüşdən ən mühüm şeylərdən biri o idi ki, mən konkret olaraq gördüm ki, sülh təkcə bizim qəlbimizdə deyil, təkcə bizim qavrayışımızda deyil, həm də Azərbaycan tərəfindədir". 


Ağarza Elçinoğlu 

Избранный
39
45
unikal.az

10Источники