RU

"Qarabağ" "Atletik"ə qalib gəlsə...

"Qarabağ" bu gün Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.

Azərbaycan çempionu səfərdə qələbə qazanarsa, futbolçularına böyük miqdarda mükafat verəcək. Məbləğ 110-120 min manatdan başlayır. Bu, əsas heyətdə meydana çıxacaq oyunçulara çatacaq vəsaitdir. 1 xal əldə olunarsa, göstərilən rəqəmin yarısı qədər pul əldə edəcəklər.

Azərbaycan çempionu 1-ci turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" daha sonra Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0. Ağdam təmsilçisi Portuqaliya səfərində qeydə alınan nəticəyə görə futbolçuların hər birinə 100 min manatın üstündə mükafat ödəyib. "Kopenhagen" üzərində qələbə isə onları 80 min manat civarında irəli salıb.

Избранный
104
9
publika.az

10Источники