Bakı.Trend:
Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlərnaziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyətioktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.
Trend xəbərverir ki, nazir burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyüuğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarınınxatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklilqoyub.
Sonra Bakının mənzərəsini seyr edən qonaqlara Azərbaycanpaytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumatverilib.