Aşqabad. Trend:
Azərbaycan enerji və ya “yaşıl keçid" sahəsində Türkmənistanlastrateji tərəfdaşlığı aktiv şəkildə inkişaf etdirməyiplanlaşdırır.
Trend-in xüsusimüxbirinin verdiyi xəbərə görə, bunu Azərbaycanın energetikanazirinin müavini Orxan Zeynalov Türkmənistanda keçirilən XXXYubiley “Türkmənistanın Neft və Qazı- 2025” Beynəlxalq Konfransı vəSərgisində etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya və ona bitişik bölgələrtədricən vahid geosiyasi və iqtisadi məkana çevrilirlər.Azərbaycanın təcrübəsi göstərir ki, davamlı əməkdaşlıq və enerjiresurslarının şaxələndirilməsi regionun sabitliyi vətəhlükəsizliyinin açarıdır.
"Enerji təhlükəsizliyi və dayanıqlılıq bərpa olunan enerjinininkişafı ilə uzlaşdırılmalıdır. Gələcək illərdə Azərbaycanda ümumigücü təxminən 2,7 GVt olan günəş və külək elektrik stansiyalarınıninteqrasiyasını tamamlayacağıq ki, bu da 2035-ci ilə qədərquraşdırılmış gücdə "yaşıl enerji"nin payını 40-45 faizə çatdırmağaimkan verəcək",- deyə Zeynalov bildirib.
O qeyd edib ki, Azərbaycan strateji mövqeyindən aktiv istifadəedərək enerji şəbəkələrinin Qazaxıstan və Özbəkistanlainteqrasiyası və birləşdirilməsi istiqamətində iş aparır ki, bu daregiondan yeni nəqliyyat və enerji dəhlizinin reallaşdırılması üçünəsas yaradır.
"Bu, regionların ənənəvi və bərpa olunan enerji layihələrinibirgə həyata keçirməsinə və Avropa və Yaxın Şərq bazarlarınınetibarlı tədarükü təmin etməyə imkan verəcək", – deyə nazir müavinivurğulayıb.