Rusiya Prezidenti Vladimir Putin Nikolay Udoviçenkonu Rusiyanın MDB-yə üzv olan qonşu ölkələrlə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib...
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, Udoviçenko tanınmamış “Abxaziya və Cənubi Osetiya respublikaları” ilə sərhədlərin delimitasiyası və demarkasiyasına da cavabdeh olacaq.
Poliqon.info