RU

Rusiya Prezident Administrasiyasının saytlarının proqramçıları cəzalandırılıb

Ajans.az “Kommersant-a istinadən xəbər verir ki,Sankt-Peterburqda qeydiyyatdan keçmiş “Diacom” şirkətinin təsisçisi İqor Dıba və “Creative Laboratories” şirkətinin keçmiş əməkdaşı Rita Mazurova dələduzluqda təqsirli bilinərək müvafiq olaraq 4 və 3 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisələrinə göndəriliblər. Məhkəmə təqsirləndirilən şəxslərə həmçinin cərimə tətbiq edib: Dyba 500 min, Mazurova isə 400 min rubl məbləğində cərimələnib. Onlar həmçinin PPD-nin mülki iddiası üzrə təxminən 2 milyon rubl zərərin ödənilməsinə məcbur ediliblər. İş materiallarına əsasən, 2020-ci ildə hər iki şəxs Prezident Administrasiyasının “Kadrlar” adlı avtomatlaşdırılmış informasiya sisteminin hazırlanması ilə məşğul olub. Lakin sonradan məlum olub ki, təqdim edilən proqram təminatının versiyaları dəyişdirilərək xarici serverə yerləşdirilib. Onlar qəbul komissiyasına çıxış imkanı əldə edərək, yoxlamadan keçmiş kimi sənədlər imzalayıblar. Nəticədə bəzi proqramlar işləməz hala düşüb və dövlətə ümumilikdə 2 milyon rubl ziyan dəyib. İş üzrə Prezident Administrasiyasının İnformasiya və Kommunikasiya şöbəsinin sabiq rəhbəri Vitali Nadraq da araşdırılıb. O, səlahiyyətlərindən sui-istifadədə ittiham olunsa da, iddia müddətinin bitməsi səbəbilə cinayət təqibi dayandırılıb. İqor Dybanın vəkili məhkəmədə bildirib ki, proqram təminatı faktiki olaraq hazırlanmışdı, lakin texniki səbəblərdən onun əsas versiyası sistem tərəfindən açılmayıb.

 

Избранный
61
Ajans.az

1Источники