RU

Ağcabədidə sahibsiz və xəstə itlərin sayı artıb – sakinlər NARAZIDIR

Ajans.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, son günlər küçələrdə sahibsiz itlərin çoxalması təhlükəli vəziyyət yaradıb. Onların sözlərinə görə, bəzi hallarda bu itlər insanlara hücum edir və nəticədə əhali arasında qorxu hissi formalaşıb. Sosial şəbəkələrdə paylaşılan videolarda da rayonun müxtəlif ərazilərində sahibsiz itlərin sürü halında dolaşdığı əks olunub. Sakinlər iddia edir ki, vəziyyətin bu həddə çatmasına yerli baytarlıq xidmətinin laqeydliyi səbəb olub. Onların sözlərinə görə, baytar həkimlər tərəfindən müvafiq tədbirlər görülmür, xəstə və aqressiv heyvanların müalicəsi istiqamətində heç bir iş aparılmır. Hazırda sakinlər məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarından xüsusilə rayon icra hakimiyyəti və Baytarlıq idarəsindən müdaxilə gözləyirlər. Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışırıq.  

Избранный
75
Ajans.az

1Источники