Polşanın xarici işlər naziri Radoslav Sikorski macar həmkarı Peter Siyartonun dediklərinə cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin (UAF) Drujba neft kəmərini sıradan çıxaracağına ümid etdiyini bildirib.
Busaat.az xəbər veir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
“Ümid edirəm ki, cəsur həmyerliniz, mayor Madyar nəhayət, kəməri sıradan çıxarmağa nail olacaq və siz neftinizi Xorvatiya vasitəsilə alacaqsınız”, – Polşalı nazir hədə ilə bildirib.
Sikorski onu da qeyd edib ki, Polşa məhkəməsinin “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərini partlatmaqda şübhəli bilinən Ukrayna vətəndaşını azad etmək qərarı ilə fəxr edir.
Yeganə