RU

Dünyanı sürətlə bürüyən “Z nəsli” etirazları – gənclərin qələbəsini onlar mənimsəyir - SENSASİON YAZI

Son 2 ayda dünyanın 3 ölkəsində kütləvi etirazlar baş verdi. Sentyabrın əvvəlində dağlıq Nepalda gənc nəslin kütləvi etirazları son nəticədə kütləvi ixtisasların baş verməsi və son nəticədə hökumətin devrilməsi ilə nəticələndi.

Sentyabrın sonlarında isə Madaqaskarda ölkədə sosial problemlər, elektrik və su çatışmazlığına etirazla başlayan gənclərin yürüşləri oktyabrın əvvəlində kütləvi ixtisaslara və nəticədə prezident Andry Rajoelina Fransa ordusuna məxsus təyyarə ilə ölkəni tərk etdi və hərbçilər hakimiyyəti ələ keçirdilər. Madaqaskar Konstitusiya Məhkəməsi polkovnik Maykl Randrianirinanı keçid dövrü ölkə prezidenti vəzifəsinə təyin edib.

mmmmmmm.jpg

Mərakeşdə də əsasən gənclər (Z nəsli) ölkədə hökumətin artan xərclərini və sosial problemləri əsas gətirərək kütləvi etirazlara başlayıb. Gənclər hökumətin istefasını tələb edir.

Bundan başqa Latın Amerikası ölkəsi Peruda da gənclər sosial tələblərlə küçələrə axışıb.

Ümumilikdə 2022-ci ildə Şri-Lanka, 2024-cü ildə Banqladeşdə hökumətləri istefaya məcbur edən etirazların önündə sosioloqların “Z nəsli” adlandırdığı 13-28 yaş aralığında gənc və yeniyetmələr gedir. Ərəb baharı prosesindən fərqli olaraq indiki etirazlar daha güclü və təsirli olur.

Mütəxəssislər bunu gənc nəslin sosial mediadan aktiv şəkildə istifadə etməsi və internet üzərindən sürətli təşkilatlanma bacarığı ilə izah edir.

Gənclərin etirazlarında diqqəti cəlb edən məqamlardan biri də siyasi və ideoloji elementlərin üzdə görünməməsi və etirazların əsas sosial tələblər, işsizlik, elektrik, su çatışmazlığı və ən çox hökumətlərin internetə çıxışı məhdudlaşdırması kimi sadə səbəblərdən alovlanır.

Son iki ayda – sentyabr və oktyabr aylarında baş verən 3 “Z nəsli inqilabı”nda diqqəti cəlb edən bir neçə oxşarlıqlar oldu. Gənclər eyni anda müxtəlif şəhərlərdə sürətlə təşkilatlanır, eyni zamanda həm dinc etirazlar təşkil edir, polis və hökumət nümayəndələri ilə qarşıdurmaya getməsələr də, bəzən gözlənilmədən sərt qarşıdurma və toqquşmalar baş verir, hətta Mərakeşdə olduğu kimi, ordu kazarmalarına hücum cəhdləri də baş verir.

Həm son 3 ölkə, həm də İndoneziya və Keniyada bir neçə ay əvvəl Z nəslinin təşkilatçılığı ilə baş verən etirazlarda daha bir diqqət çəkən məqam hökumətlərin davranışı oldu. Bəzi hökumətlərin hadisələr zaman sərt qarşıdurmalara getməməsi, məsələn, Mərakeş nümunəsində olduğu kimi, baş nazirin gənclərin etirazlarının ümumi xalqın tələbi adlandırması və müəyyən mənada adekvat reaksiya v verməsi müəyyən mənada etirazların yatmasına səbəb olur. Ancaq Nepal, Madaqaskar nümunələrində olduğu kimi, hökumətin etirazlara qeyri-adekvat reaksiya verməsi, məsələn, interneti kəsmək və etirazlar polis gücü ilə yatırmaq kimi cəhdləri etirazların sürətlə böyüməsi və qarşıdurmaların artmasına səbəb olur.

Gənclər bu zaman fərqli sosial media saytlarından istifadə etməklə, xüsusən də son dövrdə qısa videoroliklər, reels videolarla kütləvi etiraz çağırışları edərək gəncləri hərəkətə gətirir.

Ancaq Z nəsli “uşaqların” da zəif cəhəti var. Onların qələbəsini bir çox ölkələrdə hərbçilər “oğurlayır”. 2019-cu ildə Sudanda baş verən etirazlar Ömər əl-Bəşirin istefa verməsi ilə nəticələnsə də, ordu hakimiyyətə əl qoydu və daha sonra baş verən vətəndaş müharibəsi ölkəni viran qoydu.

SSSSSSS.jpg

Madaqaskar etirazları da hakimiyyət dəyişikliyinə səbəb olsa da, hakimiyyət ordunun əlinə keçdi. Bu isə ölkənin gələcəyi ilə bağlı risk faktorudur. Çünki hakimiyyəti ələ keçirən zabitlər heç də həmişə ondan demokratiyaya keçid naminə istifadə etmirlər.

Ümumilikdə planetin demək olar ki, bütün nöqtələrində baş verən gənclərin etirazları bir neçə xüsusi məqamı ilə yadda qalır. Bu etirazlarda əsas motiv sosial-iqtisadi problemlər, işsizlik və hakimiyyətin internetə məhdudiyyət qoyması olur. Bəli bir mərkəz və ya ideoloji liderlik olmadığı üçün hökumətlər bunun qarşısını ala, etirazları içəridən bölə və ya zəiflədə bilmirlər.

Hakimiyyətlə güzəştə gedib tələbləri qarşılayanda etirazlar yatırılır, ancaq Nepal, Madaqaskar örnəyində çox sərt müdaxilə və güc tətbiqi hadisələrin böyüməsinə səbəb olur.

Z nəsli etirazlarında hər hansı ideologiya və ya hədəf olmadığı üçün onun nəticələrini ya mövcud siyasi qüvvələr, ya da hərbçilər ələ keçirir.

 vvvvvvvvvvvvvv.jpg

Daha da təhlükəli olan son illərdə bu etirazların silsiləvi olaraq genişlənməsidir. Yəni belə demək olar ki, gənclər öz güclərini hiss etdikcə bu etirazların coğrafiyası da genişlənir. Sadəcə hər hansı ölkədə hökumətin kiçik etirazla sərt müdaxiləsi və ya interneti kəsmək kimi ağılsız hərəkəti sosial partlayışa səbəb ola bilir. Hazırda bir çox ölkələrdə sosial ədalətsizlik, işsizlik və sosial xidmətlərin yarıtmazlığı onu deməyə əsas verir ki, gənclərin sosial etiraz dalğası daha geniş coğrafiyalara yayılacaq.

Xüsusi olaraq Musavat.com üçün

Избранный
22
1
musavat.com

2Источники