Ajans.az Finlandiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, razılaşma Helsinkidə təsdiqlənib. Finlandiyanın müdafiə naziri Antti Hakkänen bildirib ki, tərəfdaşlıq istehsal gücünün artmasına kömək edəcək və ölkələrə avadanlıq alışı xərclərini optimallaşdırmağa imkan yaradacaq. Tərəflər həmçinin texnologiyaların inkişafı, təlim proqramlarının təşkili və təcrübə mübadiləsi üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.