RU

Rusiyaya qarşı 3 qanun layihəsinə baxılacaq – ABŞ Senatında

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bu gün Rusiyaya təzyiqi artırmaq məqsədi daşıyan üç qanun layihəsinə baxmağa hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” nəşri qanunvericilərə və onların köməkçilərinə istinadən yazıb.

Bu, NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona səfəri fonunda baş verəcək. Rutte elə həmin gün ABŞ prezidenti Donald Tramp və yüksək səviyyəli qanunvericilərlə görüşəcək.

Qanun layihələrinin qəbul olunacağı təqdirdə, bu sənədlər ikipartiyalı senatorlar qrupuna Moskvaya qarşı hərəkətə keçmək üçün impuls artırmağa imkan verəcək və Konqresin təcavüzkara təzyiqi artırmağa hazır olduğuna dair siqnal göndərəcək.

“Biz [komitə] Rusiyaya qarşı çıxmaq üçün burada, yuxarıda nə qədər çox şey edə bilsək, bir o qədər də buna can atırıq”, – respublikaçı senator, Xarici Əlaqələr Komitəsinin sədri Ceyms Riş bildirib,

Komitənin yüksək rütbəli üzvü, demokrat senator Cin Şahin qeyd edib ki, o, bu il ilk dəfə ABŞ-nin Rusiyanın Ukraynada müharibə aparmasını çətinləşdirəcək qanunvericiliyə malik olmasından çox məmnundur. O, xüsusilə “Ağ Evin, görünür, hərəkətə keçmək istəmədiyi” fonda Konqresin müəyyən tədbirləri qəbul etməsini vacib hesab etdiyini vurğuladı.

Gözlənilir ki, komitə birində ukraynalı uşaqların oğurlanmasına görə Rusiya dövlətini terrorizmin sponsoru adlandıran, ikincisində Rusiyanın hərbi səylərini dəstəklədiyinə görə Çinə iqtisadi sanksiyalar tətbiq edən, üçüncüsündə isə ABŞ-də saxlanılan dondurulmuş Rusiya aktivlərinin yenidən istifadəyə verilməsi və Ukraynaya köçürülməsini nəzərdə tutan qanun layihələrini nəzərdən keçirəcək.

Nəşr xatırladıb ki, ABŞ Senatı 83 senatorun dəstəklədiyi sərt sanksiyalar haqqında qanun layihəsini qəbul etməyə hazırlaşırdı. Həmin sənəddə Rusiyadan neft alan ölkələrə 500% rüsumun tətbiqi nəzərdə tutulurdu. Lakin o layihə geri çağırıldı. Çünki Tramp rusiyalı həmkarı Putinin 50 gün ərzində müharibəyə son qoymayacağı təqdirdə birtərəfli qaydada 100% tariflər tətbiq edəcəyinə söz verdi.

Xatirə SADİQ

Избранный
73
9
nocomment.az

10Источники