BAKI, 22 oktyabr. TELEQRAF
“Bizim - Azərbaycan, Gürcüstan və Ermənistanın tarixləri bir-birinə bağlıdır. Azərbaycan, Ermənistan və Gürcüstan 1918-ci ildə cəmi bir neçə gün fərqlə müstəqillik əldə edib, müəyyən müddət sonra eyni dövrdə bu müstəqilliklərini itiriblər. 1991-ci ildə isə bu üç ölkə yenə eyni vaxtda müstəqillik qazanıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Tariximizdən dərs almalıyıq. Hesab edirəm ki, 1991-ci ildə 1918–1920-ci illərin tarixindən kifayət qədər dərs çıxarmamışdıq, anlamamışdıq ki, niyə biz eyni vaxtda müstəqillik qazanıb, eyni vaxtda onu itirdik. Bunun səbəblərindən biri o idi ki, biz bir-birimizin müstəqilliyi, suverenliyi və dövlətçiliyinin dəyərini lazımi qədər qiymətləndirmədik. Bizə, yaxud da əcdadlarımıza elə gəlirdi ki, bir-birimizlə mübarizə aparmaqla daha böyük faydalar əldə edə bilərik. Halbuki tarix göstərdi ki, bir-birimizlə mübarizədə biz yalnız itkilər yaşaya və ən vacibini – dövləti, müstəqilliyi itirə bilərik”, - o qeyd edib.