RU

Bakıda sıxlıq olan küçələrin SİYAHISI

“Azərbaycanda istehsal olunan avtomobil vasitələrinin bazardakı həcmi 1 faizə belə yaxınlaşmır”. Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, əslində, Azərbaycanda istehsal yox, avtomobillərin yığılması həyata keçirilir:

“Yəni xaricdən gətirilən bütün hissələr burada yığılır. Üstəlik, ölkəmizdə yığılan bu avtomobillər istehlakçıların tələblərinə bir o qədər də cavab vermir. Ona görə də bazardakı qiymət dəyişikliklərinin yerli avtomobillərə təsir edəcəyini zənn etmirəm”.

Ekspert elektrik və hibrid avtomobillərinin Azərbaycana idxalına tətbiq olunan güzəştlərin müddətinin 1 yanvar tarixində başa çatması barədə də danışıb:

“2026-cı ilin yanvar ayının 1-dən hibrid və elektrikli avtomobillərə tətbiq olunan güzəştlərin müddəti bitir. Sözügedən qərar ekoloji faktorlar nəzərə alınaraq hibrid və elektromobillərin istifadəsini stimullaşdırmaq məqsədilə 3 illik verilmişdi. Əgər bu qərar uzadılmasa, ölkəmizdə hibrid və elektromobillərdə bahalaşma müşahidə oluna bilər. Təxminən 3 mindən 15 minə qədər bahalaşmanın baş vermə ehtimalı var. Bu, maşınların at gücünə, mühərrikin həcminə, istehsal ili kimi müxtəlif nüanslara görə gömrük rüsumu tətbiq olunacaq”.

Onun sözlərinə görə, Azərbaycanda yığılan avtomobillərin hissələrinin gömrük rüsumları artmasa, onların qiymətləri dəyişməyəcək:

“Məsələn, Çin avtomobil istehsalçısıdır. Bu ölkə avtomobilin bütün hissələrini özü istehsal edir. Ona görə də qiymətlər olduğu kimi qalacaq. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir.  Elektrik və hibrid avtomobillərinin ölkəmizə idxalına tətbiq olunan güzəştlərin müddətinin bitməsi alıcılıq qabiliyyətini zəiflədəcək. Çünki onda alternativlərə daha çox üstünlük veriləcək. Buna baxmayaraq, Azərbaycanda istehsal olunan avtomobillərin qiyməti olduğu kimi qalacaq”.

Mütəxəssis hesab edir ki, alıcılar hibridləri ala bilməsələr də ölkəmizdə istehsal olunan avtomobillərə yönəlməyəcəklər:

“Sadəcə taksi şirkətləri daha ucuz olduğu üçün “Chevrolet Cobalt”a üstünlük verəcəklər. Lakin fərdi şəxslər “Chevrolet Cobalt” və ya bizdə yığılan başqa avtomobil almaqdansa, “Toyota”, “KIA”, “Mercedes” kimi markalara yönələcək. Məsələn, 2026-ci ilin “Chevrolet Cobalt”ını almaqdansa 2008-ci ilin “Hyundai” avtomobilini alacaqlar. Çünki Azərbaycan nəqliyyat istehsalçısı kimi bazarda özünü doğrulda bilməyib. Keyfiyyət faktoru da burada mühüm rol oynayır. Bizdə yığılan maşınların keyfiyyəti aşağıdır. Həmçinin, Rusiyanın “Niva”sını da burada yığırıq. Lakin onun nə qədər reytinqi var ki, alıcı onu “Toyota” və “Hyundai” ilə əvəz edəcək? Üstəlik, sürətlər qutusu da sadəcə mexanikdir. İstilik və kondisioner sistemləri də müasir standartlara cavab vermir. Keyfiyyət yoxdursa, insanlar ili köhnə olan brend markalara üstünlük verəcəklər”.

Избранный
40
avtosfer.az

1Источники