RU

“San Mames”də 49 min azarkeşin və yaxşı futbol atmosferinin olacağı gözlənilir” – Bilbaodan xəbər gəldi

“Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinin 3-cü tur matçında “Atletik”in qonağı olacağı oyuna saatlar qaldı.

Bəs bu ərəfədə oyunun keçiriləcəyi Bilbao şəhərində durum necədi? Xüsusən kollektivlə bağlı vəziyyət nə yerdədi?

Bu suallarla “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hər şey qaydasındadı. Başqa səfər matçlarında olduğu kimi, bu dəfə də sabit şəkildə qarşılandıq. Hansısa problem yoxdu. Komanda dünən son məşqini tamamlayıb. Qeyri-adi nəsə yoxdu. “San Mames”də təxminən 49 min azarkeşin və yaxşı futbol atmosferinin olacağı gözlənilir. Hava şəraiti də sakitdi. Dünən hava günəşli idi. Bu gün də eynidi”.
KƏNAN BAHADIR
Избранный
21
1
football-plus.az

2Источники