ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə 25 noyabrda Bakı-Ağstafa, 26 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Globalinfo.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Eyni zamanda, 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər etmək mümkündür.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.