Bu barədə Demokrat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan söz açan parlamentin spikeri, dövlətlərarası münasibətlərin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin, eləcə də imzalanan sənədlərin mühüm rol oynadığını deyib.
Söhbət zamanı, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.
Spiker Sahibə Qafarova qonağa Vaşinqton görüşü və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikirlərini çatdırıb, həmçinin, özünün Cenevrədə Ermənistan parlamentinin spikeri ilə baş tutan görüşü haqqında məlumat verib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən Estoniyanın xarici işlər naziri Marqus Tsahkna, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsinin aparıldığını bildirib. Qeyd olunub ki, Estoniya Azərbaycanı regionda çox vacib tərəfdaş kimi görür və Azərbaycanla münasibətlərin bütün istiqamətlər üzrə dərinləşməsində maraqlıdır.
O, həmçinin Azərbaycan ilə Ermənistan arasında Vaşinqton görüşündə əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb və ölkəmizin regionda sülhün, əmin-amanlığın, eləcə də əməkdaşlığın təmin olunmasındakı rolunu yüksək dəyərləndirib.
10Источники
-
olaylar.azSahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb ( 22693717)
-
azerbaijan-news.azMilli Məclisin sədri Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb ( 22679050)
-
bizim.mediaSahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb - FOTO ( 22676884)
-
redaktor.azSahibə Qafarova Estoniyanın xarici işlər naziriiləGÖRÜŞDÜ ( 22675672)
-
xezerxeber.azSahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb ( 22675285)
-
sherg.azSahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb ( 22675186)
-
sia.azSahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb ( 22675045)
-
demokrat.azEstoniya naziri Milli Məclisdə ( 22674907)
-
hafta.azEstoniya naziri parlamentdə ( 22674598)
-
day.azMilli Məclisin sədri Estoniyanın xarici işlər naziri ilə görüşüb - FOTO ( 22674295)