RU

Kreditlə avtomobil alan şəxs maşınının əlindən alındığını iddia edirVİDEO

4500 manat ilkin ödəniş edərək daxili kreditlə avtomobil alan şəxsin maşını əlindən alınıb.

"Xəzər Xəbər"ə müraciət edən Elşad Qınnayev belə iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, o bildirir ki, 2 ay əvvəl elan saytlarının birində maşın bəyənib.

Daha sonra maşını müqavilə əsasında daxili kreditlə alıb. Hətta bir ayının ödənişini də edib. Problem isə bundan sonra başlayıb: “İlkin ödəniş kimi 4500 manat verdim. Aylıq isə 590 manatla razılaşdıq. Birinci ayı ödədim, 2-ci ayın puluna hələ var idi. Yolda getdiyim yerdə məni yol polisi saxladi, dedi ki, maşın axtarışa verilib və cərimə meydançasına getməlidir. Dedim, niyə? Dedi ki, sahibi etibarnaməni ləğv edib. Mənə demədən birillik etibarnaməni  ləğv etdirib. Bu özbaşınalıqdır”.  

Müsahibimizin sözlərinə görə, maşın aldığı şəxslə əlaqə yaradaraq məsələni həll etmək istsə də, istəyinə nail ola bilməyib.

İddialarda adı hallanan Samir adı şəxslə telefon əlaqəsi saxladıq. O isə məsələyə belə aydınlıq gətirdi: “Maşını alıb, sentyabrın 30-u pul ödəməliydi, ödəmir. Deyirəm ödə, ödəmir. Mən də etibarnaməni ləğv etdim. 52 gün kim kimi gözləyir? Müqavilədə var ki, ödəmədiyi halda məhkəməyə müraciət olunur. Yaxşı adamam ki, hələ müraciət etməmişəm. İndi müraciət edəcəm, əla olacaq”.

Tərəflərdən biri məhkəməyə müraciət etdiyini, digəri isə edəcəyini bildirir. Odur ki, son sözü məhkəmə deyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
60
1
xezerxeber.az

2Источники