UEFA Çempionlar Liqası III turunda səfərdə “Atletik”lə qarşılaşan “Qarabağ” təxribatla üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, yerli azarkeşlər tribunada qondarma rejiminin bayrağını açıb. Bu, Mateus Koxalskinin qoruduğu qapının arxasında baş verib.
Xatırladaq ki, UEFA qaydalarına görə, avrokubok görüşlərindən tribunada üçüncü ölkənin bayrağını açmaq qadağandır.
İlk hissəsi sona çatan matçda hesab 1:1-dir.
