RU

BDU Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş "Filologiya üzrə elm müsabiqəsi” elan edir

Bakı Dövlət Universiteti (BDU) Filologiya elmi sahəsində tədqiqat aparan BDU-nun magistrant, doktorant və əməkdaşları arasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş "Filologiya üzrə elm müsabiqəsi” elan edir.

QHT.az xəbər verir ki, müsabiqənin məqsədi Filologiya elmi sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqənin qalibləri diplom və pul mükafatları ilə təltif edilirlər:

 1-ci yer:

1 nəfər (2 000 manat);

 2-ci yer:

1 nəfər (1 500 manat);

 3-cü yer:

1 nəfər (1 000 manat);

Müsabiqədə iştirak etmək üçün tələblər:

2025-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən ən azı 1 məqalə “Scopus”, “Web of Science”, “Philosopher's Index”, “Copernicus”, “Ulakbim” və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən (bazalarından) birinə daxil olan jurnallarda dərc olunmalıdır.

Избранный
100
3
qht.az

6Источники