“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində səfərdə İspaniyanın “Atletik” (Bilbao) komandası ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, “San Mames” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyun zamanı Bilbao təmsilçisi üstünlüyünü qoruyaraq son dəqiqələrdə hesab arasındakı fərqi bir qədər də artırıb. Matçın 88-ci dəqiqəsində Qorka Quruseta dublunu rəsmiləşdirib və yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra “Qarabağ” üçün növbəti turlar Çempionlar Liqasında mərhələ şansını qorumaq baxımından həlledici əhəmiyyət daşıyacaq.