RU

FED böyük bankların kapitalını artırmağı planlaşdırır

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fed ABŞ-ın ən böyük bankları üçün kapitalın 3%-dən 7%-ə qədər artırılmasını nəzərdə tutan yeni planını rəsmilərə təqdim edib.

Banco.az xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) hələ yekunlaşdırılmamış bir planı 2026-cı ilin ilk rübündə açıqlamağı hədəfləyir.

ABŞ Prezidenti Donald Tramp tərəfindən Fed sədrinin müavini vəzifəsinə təyin edilən Mişel Bouman bu planın hazırlanmasında əsas rol oynayır.

Bloomberg-in xəbərinə görə, Fed Vol Stritin ən böyük bankları üçün Bayden dövründə təklif olunan bank kapitalı tələblərini əhəmiyyətli dərəcədə yumşaldacaq yeni bir planın əsas konturlarını ABŞ rəsmilərinə təqdim edib.

Bloomberg-lə danışan mənbələr bildiriblər ki, plan iri bankların kapitalında təxminən 3–7 faiz aralığında artım nəzərdə tutur.

Plan konkret proqnozlar ehtiva etməsə də, bu göstəricilər 2023-cü ildəki 19 faizlik və ötən ilki 9 faizlik artımlardan daha aşağı səviyyədədir.

Plan hələ ilkin mərhələdə olsa da, Vol Strit bankları tərəfindən böyük məmnuniyyətlə qarşılanacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
banco.az

2Источники