OpenAI ChatGPT Atlas adlı süni intellektlə işləyən veb brauzerini təqdim edib. Metbuat.az xəbər verir ki, açıqlamaya görə, Atlas-da ChatGPT yaddaşı olduğu üçün bu, əvvvəlki söhbətlərdən məlumat və detalların yeni danışıqlarda istifadə edilməsinə imkan verir. Açıqlamada deyilir ki, brauzer yaddaşı sayəsində ChatGPT ziyarət edilən saytlardakı konteksti yadda saxlaya və lazım olduqda onu geri ala bilir. Məlumata görə, brauzer yaddaşı tamamilə istəyə bağlıdır və istifadəçilər istənilən vaxt bu yaddaşa baxa, arxivləşdirə və ya silə bilərlər. Atlas hələlik tamamilə əlçatan deyil.