RU

ABŞ maliyyə naziri Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi

BAKI, 23 oItyabr. TELEQRAF

ABŞ maliyyə naziri Skott Bessent tezliklə anti-Rusiya sanksiyalarının əhəmiyyətli dərəcədə artırılacağını açıqlayıb .

Teleqraf xəbər verir ki, nazir bildirib: “Biz ya bu gün günortadan sonra iş bitdikdən sonra, ya da sabah səhər ilk iş olaraq Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılacağını elan edəcəyik”.

Bir gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bəyan etmişdi ki, Konqresdəki respublikaçılar Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi imkanını “həvəslə nəzərdən keçirirlər”.

Избранный
82
teleqraf.com

1Источники