RU

Rəsmi Ankaradan İsrailin qərarına sərt etiraz: Bu, atəşkəs prosesinə qarşı təxribatıdır

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

"İsrail Parlamentinin işğal altındakı İordan çayının qərb sahilini ilhaqetmə qərarı soyqırım siyasətində yeni bir addımdır. Bu, tamamilə qanunsuz bir təcavüzdür".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Ərdoğanın lideri olduğu AK Partiyanın sözçüsü Ömər Çelik deyib.

O, ilhaq planı barədə layihənin parlamentin ilkin oxunuçunda qəbulunu şiddətlə qınayıb: "İsrail Parlamentinin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmə qərarı tamamilə qanunsuz və əldə edilmiş atəşkəs prosesinə qarşı təxribatıdır. İordan çayının qərb sahili fələstinlilərin vətənidir. Paytaxtı Şərqi Qüds olan, 1967-ci il sərhədləri əsasında coğrafi cəhətdən vahid, müstəqil və suveren Fələstin Dövlətinin qurulmasının qarşısı heç vaxt alınmayacaq”.

Firudin Səfərli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
91
mia.az

1Источники