
“Real Madrid” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Yuventus”u qəbul edib.
Missiya.Az xəbər verir ki, İspaniya təmsilçisi “Santiaqo Bernabeu”da keçirilən matçda qonaqlara 1-0 hesabı ilə qalib gəlib.
Matçdakı yeganə qolu 57-ci dəqiqədə Cud Bellinqem vurub.
Beləliklə krul klubu ÇL-da keçirdiyi 3 oyunun hamısında qələbə qazanaraq xallarının sayını doqquza çatdırıb.
Daşqın Həsənov
Missiya.Az