RU

ÇL: Qarabağ ın rəqibləri meydanı qələbə ilə tərk etdilər

ain.az bildirir, Fanat portalına istinadən.

UEFA Çempionlar Liqasında əsas mərhələnin 3-cü turuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 9 oyun baş tutub.

“Qarabağ”ın rəqiblərindən “Çelsi” evdə “Ayaks”a, “Liverpul” isə səfərdə “Ayntraxt”a böyük hesabla qalib gəlib.

“Real” Madriddə “Yuventus”u tək qolla üstələyib.

Türkiyə çempionu “Qalatasaray” isə doğma meydanda “Bodo Qlimt”i məğlub edib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 3-cü tur

22 oktyabr

Atletik (İspaniya) – Qarabağ (Azərbaycan) 3:1

Qollar: Quruseta, 40; 88. Navarro, 70 – L.Andrade, 1.

Qalatasaray (Türkiyə) – Bodo Qlimt (Norveç) 3:1

Qollar: Osimhen, 3; 33. Y.Akgün, 60 – Helmersen, 75.

Çelsi (İngiltərə) – Ayaks (Niderland) 5:1

Qollar: Qiu, 18. Kaysedo, 27. E.Fernandes, 45-pen. Estevan, 45+6-pen. T.Corc, 48 – Veqhorst, 33-pen.

Atalanta (İtaliya) – Slaviya (Praqa, Çexiya) 0:0

Monako (Fransa) – Tottenhem (İngiltərə) 0:0

Ayntraxt (Almaniya) – Liverpul (İngiltərə) 1:5

Qollar: Kristensen, 26 – Ekitike, 35. Van Deyk, 39. Konate, 44. Qakpo, 66. Soboslai, 70.

Sportinq (Portuqaliya) – Olimpik (Marsel, Fransa) 2:1

Qollar: Katamo, 69. A.Santos, 86 – Payşao, 14.

Real (İspaniya) – Yuventus (İtaliya) 1:0

Qol: Bellingem, 58.

Bayern (Almaniya) – Brügge (Belçika) 4:0

Qollar: L.Karl, 5. H.Keyn, 14. L.Dias, 34. N.Cekson, 79.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
5
fanat.az

6Источники