RU

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılarına məxsus gəmiyə zərbə endirib

Pentaqon əməliyyatı Trampın narkokartellərə qarşı elan etdiyi mübarizə çərçivəsində həyata keçirib...

Poliqon xəbər verir ki, ABŞ müdafiə naziri Pit Hegset Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarına məxsus bir gəminin məhv edildiyini açıqlayıb. Nazir Reuters agentliyinə bildirib ki, bu, prezident Donald Trampın narkoticarətinə qarşı elan etdiyi hərbi kampaniya çərçivəsində regionda ABŞ-ın ilk əməliyyatıdır.

Hegsetin sözlərinə görə, vurulan gəmi “qanunsuz narkotik daşınmasında iştirak edir, tanınmış tranzit marşrutu üzrə hərəkət edirdi və üzərində narkotik maddələr daşıyırdı”. Lakin agentliyin məlumatına əsasən, müdafiə naziri bu ittihamı təsdiqləyən sübutlar təqdim etməyib.

Bundan əvvəl sentyabr ayından başlayaraq ABŞ qüvvələrinin Karib hövzəsində ən azı yeddi gəmini vurduğu bildirilmişdi. Pentaqon bu gəmilərin ABŞ kəşfiyyatına görə narkotik daşıdığını iddia edir. Eyni zamanda, Senat Pentaqondan bu zərbələrin hüquqi əsaslarını izah etməyi tələb edir və prezident Trampın narkokartelləri “terror təşkilatı” kimi tanıması qərarını yetərsiz hesab edir.

Poliqon.info

Избранный
66
poliqon.info

1Источники