RU

Mikayıl Cabbarov "X" hesabında dünya çempionatından nə yazdı?

Yunan-Roma güləşçilərimiz ilk dəfə U-23 dünya çempionatında qızıl medal qazanmaqla yeni rekorda nail olublar.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında yazıb.

"Medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirən komandamızın məşqçi heyətini, medal qazanan güləşçilərimizi və onların ailə üzvlərini təbrik edir, gələcək yarışlarda parlaq qələbələrinin davamını gətirmələrini arzulayırıq", - deyə M. Cabbarov bildirib.

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Elmir Əliyev (55 kq) və Ziya Babaşov qızıl, Ruslan Nurullayev (72 kq) isə bürünc medal qazanıblar.

Избранный
12
sportinfo.az

1Источники