RU

Rubio: İsrailin İordan çayının Qərb sahilini “ilhaq” qərarı Qəzza sülhünü təhlükəyə atır...

ABŞ dövlət katibi Marko Rubio Knessetin verdiyi qərardan narahatdır...

ABŞ dövlət katibi Marko Rubio İsrail parlamentinin - Knessetin İordan çayının Qərb sahilinin “ilhaqı” ilə bağlı qərarının regiondakı sülh prosesinə ciddi zərbə vuracağını bildirib. 

Poliqon xəbər verir ki, ABŞ rəsmisi bu barədə İsrailə səfəri ərəfəsində jurnalistlərə açıqlama verib.

Rubionun sözlərinə görə, prezident Donald Tramp məsələ ilə bağlı Vaşinqtonun mövqeyini açıq şəkildə ifadə edib.

“Tramp aydın şəkildə bildirib ki, ən azı indiki mərhələdə ABŞ bu addımı dəstəkləməyəcək. Bu, demokratiyadır, insanlar səs verə, vəzifələr tuta bilərlər, lakin hazırda biz hesab edirik ki, bu qərar əks nəticə verə bilər”, qeyə Rubio bildirib.

ABŞ dövlət katibinin iki günlük səfərinin əsas məqsədi Qəzza zolağında atəşkəs razılaşmasının icrasına nəzarət etməkdir. Rubionun səfəri həmçinin bölgədəki humanitar vəziyyətin və İsrail-Fələstin münasibətlərinin gərgin fonunda Vaşinqtonun vasitəçilik səylərinin davamı kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
93
poliqon.info

1Источники