Bu gün saat 03:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 Bu barədə KONKRET.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
 Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
2007-ci il təvəllüldü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 4 şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir.
 
                        