Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunun PSV – “Napoli” matçından əvvəl arzuolunmaz hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun 180 azarkeşi polis tərəfindən saxlanılıb. “Football Italia”nın məlumatına görə, “Napoli”nin azarkeşləri Niderlandın Eyndhoven şəhərinin mərkəzində təhlükəsizlik qaydalarını pozublar. Belə ki, bir qrup italyan azarkeş şəhərin mərkəzini tərk etmək əmrinə məhəl qoymayıb. Nəticədə onlar saxlanılıblar və avtobusla polis bölməsinə aparılıblar.
Orada məlum olub ki, onlardan bəzilərinin həmin axşam keçiriləcək oyun üçün bileti yoxdu. Həmin azarkeşlər Niderlanddan qovulublar.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта