RU

ARDNF-nin Avropa və Şimali Amerikaya yatırımları azalıb

BAKI. 23 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 29,1%-ni Avropaya, 24,8%-ni isə Şimali Amerikaya yatırılan investisiyalar təşkil edib.

Teleqraf fonda istinadən xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1 faiz bəndi və 8,6 faiz bəndi azdır.

Hesabat dövründə fondun investisiya portfelinin 24,8%-ni Şimali Amerikaya, 8,5%-ni Asiyaya, 1,4%-ni Yaxın Şərqə, 1%-ni Yeni Zellandiya və Avstraliyaya, 0,1%-ni Latın Amerikaya yatırılan investisyalar təşkil edib. Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nə bərabər olub.

Избранный
43
1
teleqraf.com

2Источники