Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp RF Prezidenti Vladimir Putinlə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilməsi planlaşdırılan görüşü ləğv edib.
Tramp rusiyalı həmkarı ilə görüşü bir müddət sonra keçirəcəyini bildirib.
ABŞ Prezidenti NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib: "Biz prezident Putinlə görüşü ləğv etdik. Görüşün keçirilməsini düzgün hesab etmədim. Lazımi nəticəyə nail olacağımızı hiss etmirdim. Ona görə də görüşü ləğv etdim. Lakin onu gələcəkdə keçirəcəyik".
Hürr Tərcüman